İran

Ərdəbildə siyasi məhbuslara dəstək aksiyası davam edir

Dekabrın 14-də azərbaycanlı fəallar siyasi məhbuslara dəstək məqsədilə şəhər boyunca divarlara şüarlar yazıb və grafiti çəkiblər. Bu addımla onlar zindan müdiriyyətinə, İranın məhkəmə və əmniyyət orqanlarına etirazlarını ifadə ediblər. Şəhərdə divarlara “Azərbaycanın siyasi məhbuslarını azad edin!”, “Bilərəkdən toplu qırğını dayandırın”, “Abbas Lisani Azərbaycan xalqının səsidir”, “Yusif Karini azad edin!”, “Zülmə səssiz qalma” kimi şüarlar həkk olunub.
Qeyd edək ki, son günlər Azərbaycanın əksər şəhərlərində grafiti, divar yazıları, plakat, puster və traktların quraşdırılması, eləcə də paylanması şəklində dəstək aksiyaları təşkil olunur. Aksiya iştirakçıları İran zindanlarında saxlanılan azərbaycanlı fəalların vəziyyətləri barədə dəfələrlə narahatlıqlarını bildirsələr də heç bir nəticə əldə edilməyib. Belə ki, hazırda Ərdəbil mərkəzi zindanının 7-ci bəndində 15 il həbs cəzası çəkən tanınmış azərbaycanlı fəal Abbas Lisaninin son həftələrdə tənəffüs yolları zədələnib. Ərdəbil mərkəzi zindanının 7 və 2-ci bəndlərində saxlanılan başqa azərbaycanlı fəallar Yusif Kari və Əli Vaseqi də oxşar xəstəlik səbəbindən həyati təhlükə ilə üz-üzədir. Məhbuslar arasında koronavirus infeksiyasının təhlükəli hal almasına baxmayaraq, müdiriyyət tərəfindən hələ də lazımi tədbirlər görülməyib.

Related Articles

Bir cavab yazın

Back to top button