İsrailin Difa Ordusuna məxsus pəhpad Fələstinin Qəzzə zolağına düşüb. Bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. Bilgilərə görə, bu, Qəzzəyə düşən ikinci pəhpaddır. Bir neçə gün öncə isə kəşfiyyat pəhpadı bölgənin quzeyində yerləşən Beyt-Xanunda tapılıb. Bildirilib ki, həmin aparat fələstinli nizamilərin əlinə keçib.
Fevriyyənin 1-də isə Lübnanın “Hizbullah” qruplaşması İsrail ordusuna məxsus pəhpadı vurduqlarını açıqlayıb. İsrail hökuməti də pəhpadın vurulduğunu təsdiqləyib.