Dünya

III Avropa Oyunlarının açılış mərasimi keçiriləcək

Bu gün Polşada təşkil edilən III Avropa Oyunlarının açılış mərasimi keçiriləcək.

Tədbir Krakov şəhərində yerləşən “Henrik Reyman” stadionunda baş tutacaq.

Eyni zamanda, idmançılar 7 növdə mübarizə aparacaqlar. Azərbaycanın 6 atleti 3-cü Divizionda çıxış edəcək. Kaşqın Abbaszadə uzunluğa tullanmada, İsmayıl Əliyev disk atmada, Anna Yusupova 800 m, Elman Abışov 1500 m məsafəyə qaçışda, Yekaterina Sarıyeva üç təkanla tullanmada, Cavid Məmmədov isə 400 m məsafəyə maneələrlə qaçışda qüvvəsini sınayacaq.

Repot xəbər verir ki, bu gün, həmçinin, padel yarışları da start götürəcək.

Azərbaycan millisinin Nərminə Bağırova və Samirə Əliyevadan ibarət cütlüyü İtaliyanın Kiara Pappakena – Culia Sussarello cütünə qarşı çıxış edəcək.

Related Articles

Bir cavab yazın

Back to top button