Site icon Aznews TV

İsrail Amerika və Avropanı Tehranla müzakirələri dayandırmağa çağırdı

Reuters xəbər agentliyinin məlumatına görə, Yair Lapid avqustun 18-də Almaniya kansleri Olaf Şultsa zəng edərək nüvə danışıqlarını bitirməyi təklif edib.

Həmin gün Lapid Amerika Konqresinin Nümayəndələr Palatasının Yaxın Şərq və Şimali Afrika alt komitəsinin rəhbəri Ted Deyç və Amerikanın İsraildəki səfiri Tom Nida ilə də danışıb.

Yair Lapid Avropa Birliyinin xarici siyasət rəsmisinin Almaniya kansleri və Amerika rəsmilərinə təklif etdiyi mətnlə bağlı İsrailin mövqeyini açıqlayıb.

Exit mobile version