BölgəDünya

İsrail: “Cehade-islam” qrupunun komandirinə qarşı əməliyyat İrana göndərilən mesaj idi

Qəzzada Bəha Əbulətaya və Dəməşqdə Əkrəm əl-Əcuriyə qarşı əməliyyat İrana göndərilən mesaj idi.

Aznews.tv xəbər verir ki, bu barədə İsrail rəsmiləri “Cihade-islam” qrupunun İranla əlaqəsindən danışarkən deyiblər.

İsrail ilə Fələstinin yaraqlılarından ibarət qrup arasında gərginlik davam etdiyi zamanda İsrail bunu “İranla savaşın bir hissəsi” adlandırıb. Bu gərginlik İsrail ordusunun Fələstinin “Cəhade İslam” təşkilatının komandirlərindən ikisinin evinə həmlə ilə başlayıb.

“Xalqımıza zərər yetirib, sonra əlimizdən qaça biləcəyini düşünən hər kəs səhv edir”, – İsrailin baş naziri Benyamin Netanyahu əməliyyatdan sonra danışarkən deyib.

İsrailin keçmiş yüksək nizamisi general Yusi Kuprovser isə bildirib ki, Qəzzada Bəha Əbulətanın məhv edilməsi və Dəməşqdə Əkrəm əl-Əcurini terror səyləri əməliyyat İranla müharibənin bir hissəsidir.

“Makor Rişun” qəzeti də İsrailin hərbi və siyasi mənbələrinə istinadən yazıb ki, İranın hər il Fələstinin “Cihade-İslam” təşkilatına verdiyi 70 milyon dollarla bu təşkilat başqa qruplardan daha çox Qəzzada İranın hədəflərindən müdafiə edir.

İsrailin “Kalkalist” qəzeti də təkid edib ki, Fələstinin “Cəhade İslam” qrupu tamamilə İrandan asılı olub və "Həmas"a qarşı da çıxır.

Related Articles

Bir cavab yazın

Back to top button