Site icon Aznews TV

İsrail “Dəmir Günbəz” sistemini BƏƏ-yə satacaq

“Aznews tv”ın xəbərinə görə, “İsrail 13” telekanalı BƏƏ-yə (İmarat) son raket hücumlarını vurğulayaraq bildirib ki, İsrail hökuməti özünün raket əleyhinə müdafiə sistemlərini Əbu-Dabiyə satmaq fikrindədir və bu barədə müzakirələr aparılır.

Məlumata görə, “Dəmir Günbəz” sistemlərinin Birləşmiş Ərəb Əmirliklərinə satılması bölgədə raket əleyhinə müdafiə sisteminin qurulmasının başlanğıcı ola bilər ki, bunun reallaşması da İsrailə İranın mümkün raket gücumlarına qarşı mühüm yardım hesab edilə bilər.

Eyni zamanda, İsrail donanması bazar ertəsindən başlayaraq ABŞ-ın beşinci donanmasının bölgədəki beynəlxalq təlimində iştirak edib. Bu təlim onlarla ölkənin və beynəlxalq hərbi qurumların iştirakı ilə dünyanın ən böyük dəniz təlimidir. Amerika Hərbi Dəniz Qüvvələrinin bildirdiyinə görə, təlimlərə dünyanın 60 ordusundan 900 nəfərdən çox şəxsi heyət qatılıb.

Exit mobile version