İsrailin difa məqamlarının İmarata, özəlliklə Dubaya səfər edən vətəndaşların əmniyətini nəzərdən keçirmək üçün toplantısı baş tutub. Toplantıda İranın Möhsün Fəxrizadə qətlinə cavab olaraq İsrail turistlərinə olası hücumlarının qarşısını almaq məsələsi müzakirə edilib. İmarat məqamları ilə təmaslar qurulub. Bu barədə İsrailin kanal-12 televizyonu xəbər verib. Bildirək ki, İsrail Fəxrizadənin ölüm xəbərinə fikir bildirməyib. Ancaq İranın bir neçə yüksək məqamı onun qətlə yetirilməsində İsraili günahlandırıb. “New York Times” qəzeti də adı açıqlanmayan bir neçə qaynağa istinadən qətlin arxasında İsrailin dayandığını bildirib.
İsrail Dubaya səfər edən vətəndaşları ilə bağlı toplantı keçirib
