Site icon Aznews TV

İsrail “Hizbullah”ın mövqelərinə zərbə endirib, 2 terrorçu zərərsizləşdirilib

Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Bildirilib ki, “Hizbullah”ın azı iki yaraqlısı zərərsizləşdirilib. Bundan başqa, yaralıların olduğu qeyd edilsə də, onların dəqiq sayı bəlli deyil.

Telekanalın məlumatına görə, zərbələr Dəməşq Beynəlxalq Hava Limanından bir neçə kilometr aralıda yerləşən silah anbarlarına İsrail Hərbi Hava Qüvvələri tərəfindən endirilib.

Exit mobile version