Dünyaİran

İran AES-lərin istismarı təcrübəsini Türkiyə ilə bölüşməyə hazır olduğunu açıqlayıb

İran nüvə mütəxəssislərinin hazırlanmasında, həmçinin atom elektrik stansiyalarının (AES) istismarı və onlara texniki xidmət sahəsində təcrübə mübadiləsinə Türkiyə ilə əməkdaşlığa hazırdır.

Aznewstv xəbər verir ki, bu barədə İranın vitse-prezidenti, İran Atom Enerjisi Təşkilatının (İAET) rəhbəri Məhəmməd İslami bildirib. “AES-lərin tikintisi və istismarı sahəsində təcrübəmizi nəzərə alaraq, indi nüvə mütəxəssislərinin hazırlanmasında Türkiyə ilə əməkdaşlığa hazırıq və İAET-yə daxil olan şirkətlərin bu cür elektrik stansiyalarının istismarı, onlara texniki xidməti və onların təmiri sahəsində təcrübəsini Türkiyə ilə bölüşə bilərik”, – M.İslami Türkiyənin İrandakı səfiri Hicabi Kırlanqıç ilə görüşdə deyib. O bildirib ki, düşmənlər iki ölkə arasındakı əlaqələrə xələl gətirməyə çalışırlar və bunun qarşısını almaq üçün müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək lazımdır.

Related Articles

Bir cavab yazın

Back to top button