Site icon Aznews TV

İsrail: İranın nüvə silahı əldə etməsinə imkan verməməliyik

İsrailin prezidenti İsaak Herzoq deyib ki, İranın atom silahı əldə etməsinə imkan vermək olmaz.

“Aznews tv”  xəbər verir ki, o bu haqda bildirib: “İranın nüvə təhdidi anlaşma əldə edilsə də, edilməsə də, birdəfəlik aradan qalxmalıdır. İmkan verməməliyik ki, İran nüvə silahı əldə etsin”.

O, habelə vurğulayıb: “İranın bölgədə öz nüfuzunu artırmaq istədiyi bu günlərdə İsrail hərbi hava qüvvələrinin daha da güclənməsi daha da vacibdir. İran İsrail və bütün Yaxın Şərq bölgəsini təhdid edən saatlı bomba kimidir”.

Vyanada nüvə anlaşması ilə bağlı müzakirələri yaxından izlədiyini qeyd edən İsrail prezidenti dünya birliyini xətaya düşməməyə çağırıb.

Exit mobile version