BölgəDünyaSiyasət

İsrail, Körfəz dövlətləri ilə yeni saziş imzalamaq ideyasını irəli sürüb

İsrail xarici işlər naziri Körfəz dövlətlərinin xarici işlər nazirləri ilə hücum etməməklə bağlı müqavilə imzalamaq ideyasını müzakirə edib.

Aznews.tv “Sputnik”ə istinadən verdiyi xəbər verir ki, bu barədə İsrailin “Artur 12” telekanalı məlumat verib.

Bundan əvvəl İsrailin xarici işlər naziri Yisrail Katz və Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət müşaviri Adel əl-Cubeyr BMT-nin tribunasından çıxış edərkən, İranı tənqid edərək onu terrorizmdə günahlandırıb və Beynəlxalq Birliyi İrana qarşı təzyiqləri artırmağa çağırıb.

Telekanalın məlumatına görə, İsrailin Baş naziri Benyamin Netanyahunun dəstəklədiyi bu ideya təkcə Körfəz dövlətlərinin xarici işlər nazirləri ilə deyil, həm də ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi ilə müzakirə edir.

Bu ideya, terrorçuluq və iqtisadiyyatla mübarizədə münasibətləri normallaşdırmaq üçün İranla əlaqəli ortaq maraqların istifadə edilməsini nəzərdə tutur.

Həmçinin qeyd etmək lazımdır ki, İsrail-Fələstin qarşıdurması səbəbindən hazırda heç bir sülh razılaşması mümkün deyil.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button