Site icon Aznews TV

İsrail müdafiə naziri İrana hücum ehtimalı ilə bağlı açıqlama verib

“Jerusalem Post”-un verdiyi xəbərə görə, İsrailin müdafiə naziri Benni Qantz deyib: “İsrail İrana zərbə endirmək imkanına malikdir, lakin ölkə rəhbərliyi belə bir hərəkəti zəruri hesab edərsə, bu qərarı diqqətlə nəzərdən keçirməlidir”.

“İsrailin İranda əməliyyat keçirmək imkanı var. Bizim hazırlığımız, bacarığımız və uzunmüddətli planlarımız var. Bu ehtimala hazırlaşmalıyıq, amma hərəkətə keçməzdən əvvəl də yaxşı düşünməliyik”,-deyə, müdafiə naziri bildirib.

Bundan əvvəl Knessetin (parlament) “Likud” partiyasından olan üzvü Tsaxi Xaneqbi deyib ki, Benyamin Netanyahu hakimiyyətə qayıtdıqdan sonra, ehtimal ki, İranın nüvə obyektlərinə zərbə endirmək əmri verə bilər.

Exit mobile version