Site icon Aznews TV

İsrail Nəbatiyyəni dronla vurub – Səkkiz livanlı həlak olub

ANT xəbər verir ki, bu barədə Livan Qızıl Xaç Cəmiyyətinin yerli bölməsi məlumat yayıb.

Meslax yaşayış massivindəki üçmərtəbəli evə endirilən zərbə nəticəsində 8 nəfər ölüb.

Partlayış qonşu binalara və küçədəki avtomobillərə ziyan vurub.

Son bir gündə Livanın cənubunda İsrailin hücumları zamanı 13 nəfər ölüb, 11 nəfər yaralanıb.

Nəbatiyyə paytaxt Beyrutdan 75 kilometr məsafədə yerləşir.

Exit mobile version