İran

İranda kəskin bahalaşma süfrələri günü-gündən kiçildir

İranda "Yəlda gecəsi" (çillə gecəsi) süfrələri üçün alınan çərəz məhsullarının qiyməti o qədər bahalaşıb ki, artıq insanlar bu xüsusi gecə üçün də süfrələrini bəzəyə bilmirlər.

İranda “Yəlda gecəsi” (çillə gecəsi) süfrələri üçün alınan çərəz məhsullarının qiyməti o qədər bahalaşıb ki, artıq insanlar bu xüsusi gecə üçün də süfrələrini bəzəyə bilmirlər.

“Aznews tv”  xəbər verir ki, İran Quru Meyvələr və Çərəz Məhsulları Birliyinin sədri deyib ki, Yəlda gecəsi çərəz alış-verişləri ötən illə müqayisədə 1/4-ə qədər azalıb. Bu isə əhalinin alıcılıq qabiliyyətinin azalması ilə bağlıdır.

Mustafa Əhmədi dekabrın 21-də “İLNA” ajansına açıqlamasında bildirib: “Əhalinin cibi kiçilib və insanlar Yəlda gecəsi üçün çərəz məhsulları almaq istəmir. Bu il çərəz alış-verişi ötən illə müqayisədə 1/4-ə qədər azalıb”.

O, ölkədə digər mallar kimi çərəz məhsullarının da kəskin bahalaşmasını rialın dəyərdən düşməsi ilə əlaqələndirib.

Qeyd edək ki, özəlliklə son illər İranda kəskin qiymərt artımı, inflyasiya, işsizlik, əhalinin böyük hissəsinin yoxsulluq həddinin altında yaşaması kimi yüzlərlə problemlər üçündən insanların süfrələri günü-gündən kiçilir. Ölkədə yaşayış səviyyəsinin olduqca aşağı düşməsi isə özünü başqa ölkələrə böyük mühacir axınında büruzə verir. Yəni, əhalinin gənc və düşünən təbəqəsi çarəni ölkədən qaçaraq digər dövlətlərə sığınmaqda tapır.

Related Articles

Bir cavab yazın

Back to top button