Dünyaİran

İsrail ordusu: İran bu vaxtadək nüvə silahına lazım olan uraniuma sahib olacaq

İran ilin sonunadək bomba hazırlamaq üçün lazım olan uranium sahib olacaq.

Bu iddia ilə “Haaretz” qəzeti İsrail ordusuna istinadən çıxış edib. Məluata görə, ilin sonuna qədər İran nüvə silahı əldə etmək üçün kifayət qədər zənginləşdirilmiş uranium istehsal edə bilər.

“İranın raket qabiliyyəti indi nüvə başlığı (kulahək) daşıya biləcək gücdə deyil. Əldə olan məlumatlara əsasən, İrana bu mərhələni başa çatdırması üçün azı iki il lazım olacaq”, – məlumatda qeyd edilir.

Xatırladaq ki, üç Avropa ölkəsi birgə açıqlamalarında, “Nüvə razılaşması” ilə bağlı mübahisələrin həlli üçün üzrə “maşə mekanizmi”ni aktivləşdirməyə məcbur olduqlarını bildiriblər.

Bu mekanizmin işə salınması ilə, İranın nüvə dosyesi yenidən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına göndərilə bilər.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close