Site icon Aznews TV

İsrail ordusu İran istehsalı olan partlayıcıları qaçaqmalçılıq yolu ilə keçirmək cəhdinin qarşısını alıb

Bu barədə İsrailin “Tayms” qəzeti məlumat yayıb.

Ölkə rəsmiləri ələ keçirilən partlayıcıların İordan çayının qərb sahilindəki terrorçu qrupların istifadəsi üçün göndərildiyini deyiblər.

Bildirilib ki, İsrail ordusunun 417-ci regional briqadasının qüvvələri və Matilan sərhəd polisinin terrorla mübarizə bölməsinin üzvləri bu qaçaqmalçılıq cəhdinin qarşısını iyulun 24-də İordaniya vadisində və Tiberiya gölünün cənubunda alıblar.

İsrailin Kəşfiyyat və Daxili Təhlükəsizlik Təşkilatı (ŞABAK) İran istehsalı olan partlayıcıların ölkənin İordaniya ilə sərhədinə necə çatdığını öyrənmək üçün araşdırmalar apardığını bildirib.

Exit mobile version