
Bu barədə İsrailin “Tayms” qəzeti məlumat yayıb.
Ölkə rəsmiləri ələ keçirilən partlayıcıların İordan çayının qərb sahilindəki terrorçu qrupların istifadəsi üçün göndərildiyini deyiblər.
Bildirilib ki, İsrail ordusunun 417-ci regional briqadasının qüvvələri və Matilan sərhəd polisinin terrorla mübarizə bölməsinin üzvləri bu qaçaqmalçılıq cəhdinin qarşısını iyulun 24-də İordaniya vadisində və Tiberiya gölünün cənubunda alıblar.
İsrailin Kəşfiyyat və Daxili Təhlükəsizlik Təşkilatı (ŞABAK) İran istehsalı olan partlayıcıların ölkənin İordaniya ilə sərhədinə necə çatdığını öyrənmək üçün araşdırmalar apardığını bildirib.