Site icon Aznews TV

İsrail ordusu Livandan uçan iki şübhəli hədəfi aşkar edib

“ANT” xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Obyektlər İsrailin nəzarətində olan Qolan təpələri üzərindəki hava məkanında aşkar edilib.

Hədəflərdən biri İsrailin hava hücumundan müdafiə qüvvələri tərəfindən ələ keçirilib, digəri isə Qolandakı Kela Alon kəndi yaxınlığına düşüb. Nəticədə yanğın başlayıb. Hadisə yerində yanğınsöndürmə və xilasedicilər işləyir.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Exit mobile version