Site icon Aznews TV

İsrail ötən aylarda İranda çoxlu gizli əməliyyatlar həyata keçirib

Onlar bildirib ki, İsrail kəşfiyyatı ötən aylar ərzində İranın daxilində çoxsaylı məxfi əməliyyatlar icra edib.

Amerika hökumətinin bir neçə hazırkı və keçmiş rəsmisi CNN televiziyasına açıqlamasımda deyiblər ki, İsrail kəşfiyyatı İranın nüvə obyektləri və alimlərinə qarşı məxfi fəaliyyətlərini artırsa da, Amerika rəsmilərinə əməliyyatların detalları ilə bağlı əhəmiyyətli məlumatları verməyib.

CNN televiziyası onu da qeyd edib ki, əksər hallarda İsrail həmin əməliyyatlardakı rolunu rəsmi və hətta xüsusi olaraq etiraf etmir.

Amerika rəsmisinin sözlərinə görə, İran İsrailin əməliyyatlarının artmasına cavab olaraq, müdafiə və aerokosmik qüvvələrinin hazırlıq səviyyəsini artırıb.

Exit mobile version