DünyaİranSiyasət

“İsrail öz ordusunu ABŞ-la İran arasında mümkün müharibəyə hazırlayır”

Aznews.tv “Euronews”a istinadən xəbər verir ki, İsrail xarici işlər naziri çərşənbə axşamı günü bildirib ki, ölkəsi öz ordusunu Fars Körfəzində İranla ABŞ arasında baş verə biləcək mümkün müharibədə iştirak etmək üçün hazırlayır.

2016-cı ildə imzalanan nüvə sazişinin aqibətinin rəsmi Vaşinqtonun təzyiqi ilə təhlükəyə düşməsi, ABŞ-a məxsus pilotsuz kəşfiyyat aparatının İran İslam İnqilabının Keşikçilər Korpusu tərəfindən vurulması və Oman dənizində neft tankerlərinin partladılmasında Tehranın əlinin olması ilə bağlı ittiham edilməsi Tehranla Vaşinqton arasında gərginliyi rekord səviyyədə artıraraq Fars Körfəzi bölgəsində müharibənin baş vermə riskinin yaranmasına səbəb olub.

İrana qarşı sanksiyaların artırılması üçün Donald Tramp hökumətini təşviq edənlərdən biri də İsraildir; bu sanksiyalar Tehranı yeni danışıqlara başlamağa və daha geniş məhdudiyyətləri özündə ehtiva edən yeni nüvə sazişinə nail olmağa razı salmaq üçün tətbiq edilib.

İsrailin xarici işlər naziri Thassilian Katz, Herzliya şəhərinin ev sahibliyi etdiyi təhlükəsizlik mövzusunda keçirilən beynəlxalq konfransında çıxışında bildirib ki, İran ani bir şəkildə “boz zona” adlandırdığı sahədən çıxa və beləliklə bölgədə yeni bir qarşıdurma baş verə bilər.

“Nəzərə almaq lazımdır ki, İran rejiminin səhv hesablamaları mövcud vəziyyət “boz zona”dan hərbi münaqişə adlanan “qırmızı zona”,ya dəyişə bilər”,- deyə o bildirib.

Katz deyib: “Biz özümüzü belə bir vəziyyətə hazırlamalıyıq və buna görə İsrail hökuməti öz ordusunu hazırlayır; belə bir hadisədə istifadə oluna bilən və gərginliyin artması ssenarisinə cavab verə bilən bir ordu”.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button