İsrail ordusunun yeni açıqladığı faktlara görə, Tel-Əviv təxminən bir il əvvəl Qəzza zolağına silah aparan İrana məxsus bir neçə insansız uçağı ələ keçirmək və məhv etmək üçün ilk dəfə ən qabaqcıl və radardan yayınan F-35 qırıcılarından istifadə edib.
“Aznews tv” xəbər verir ki, məlumata görə, Qəzzaya gedən İranın iki dronu İsrailin F-35 qırıcıları, biri isə elektron sistem vasitəsilə İsrail sərhədindən uzaqda məhv edilib.
İsrail mətbuatının yazdığına görə, İsrail ordusu keçən il Qəzza zolağına doğru hərəkət edərkən İranın bir neçə insansız uçağını vurduğunu təsdiqləyib.