Site icon Aznews TV

İsrail qırıcıları “Hizbullah”ın hərbi bazalarına zərbələr endirib

Bu barədə İsrail ordusunun mətbuat xidməti xəbər yayıb.

“Bir müddət əvvəl İsrail ordusunun döyüşçüləri Livanın cənubundakı Kantara, Yarin və Taybe ərazilərində “Hizbullah”ın üç hərbi bazasına hücum edib”, – məlumatda deyilir.

Bundan əlavə, ordu “Livanın cənubundakı Labune bölgəsində “Hizbullah”ın daha bir terror obyektinə zərbə endirib”, – mətbuat xidməti əlavə edib.

Qeyd edək ki, bu, “Hizbullah” terror təşkilatının İsrailin Livanla sərhədindən 2,5 km məsafədə yerləşən Kiryat Şmona şəhərinə zərbələr endirməsindən sonra baş verib.

Radikallar bu sərhəd yaşayış məntəqəsinə çoxsaylı raket sistemlərindən azı 40 mərmi atıblar.

Exit mobile version