Site icon Aznews TV

İsrail Suriyada İranın müasir dronlarını hədəfə alıb

Bu barədə “Əl-Ərəbiyyə” telekanalının aprelin 14-də yaydığı məlumatda bildirilib ki, İsrail qüvvələri Dəməşqin qərbində İranın qabaqcıl dronlarını, habelə Suriya rejiminin hava hücumundan müdafiə sistemlərini və radar qurğularını hava hücumlarına məruz qoyub.

Xatırladaq ki, bundan öncə Suriya İnsan Haqları Müşahidə Qrupu Dəməşqin cənub-qərbində İsrailin hava hücumları nəticəsində ardıcıl partlayışların baş verməsi ilə bağlı xəbər yaymışdı.

Exit mobile version