Site icon Aznews TV

İsrail Suriyanın hərbi obyektlərini hədəfə aldı

İsrail ordusuna məxsus helikopterlər Suriyanın cənubunda yerləşən nizamilərin müşahidə postlarına zərbələr endirib. Qərargahlarda yerləşən məlumat toplama sistemləri də daxil olmaqla, bir neçə mərkəzlər də hədəfə alınıb. Bu barədə İsrail Difa Qüvvələri məlumat yayıb. Bildirilib ki, İsrailin bu hücumu cümə günü Golan yüksəkliklərinin

atəşə tutulmasına cavab olaraq həyata keçirilib. “İsrail Difai Qüvvələri qətiyyətli hərəkətə davam edəcək. Əmniyyətimizin pozulmasına hər an cavab veriləcək”- deyə vurğulanıb. İsrailin nizami helikopterlərinin hücumları nəticəsində ən azı iki nəfər yaralanıb. Habelə Suriya ordusunun üç dayaq məntəqəsi atəşə tutulub.

Exit mobile version