Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

İsrail Tehranda molla rejimin bir sıra hərbi və dövlət müəssisəsini vurub

 Gecə boyu və səhər saatlarında İsrailin Tehranda molla rejimin bir sıra hərbi və dövlət müəssisəsini vurduğu bildirilir.

Dronlar Xameneyinin ofisinin yaxınlığında uçuşurlar.

Xameneyi və Pezeşkianın yaşadığı məhəllədə partlayış səsləri eşidilib.

İrandakı şahidlərin dediyinə görə, Pastor meydanı və Azərbaycan küçəsi ətrafında Xameneyinin İqamətgahı yaxınlığında partlayış səsləri eşidilib.

Eyni zamanda, “New York Times” İsrail ordusundakı məlumatlı mənbəyə istinadən yazıb ki, İsrail Xameneyi və Pezeşkianın məskunlaşdığı məhəlləyə hücum edib.

Həmçinin İran məblisinin sədri Qalibafın evinin vurulduğu qeyd edilir.

Eyni zamanda İranın Daxili İşlər Nazirliyi və Müdafiə Naziriklərinin binalarının vurulduğu bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button