DünyaSiyasət

İsrail: Yeni strategiyamız İranı Suriyadan qovmaqdır

İsrailin Müdafiə naziri Naftali Bennet ölkəsinin yeni strategiyasının İranın Suriyadan qovulması olduğunu açıqlayıb.

O, ötən gün ölkəsinin Suriyanın paytaxtı Dəməşq yaxınlığında İranın maliyyələşdirdiyi qrupların dörd üzvü və 3 mülki vətəndaşın ölümünə səbəb olan hava hücumunu tənqid edib.

“İranın Suriyada möhkəmlənməsinin qarşısının alınması strategiyasından onun bu ölkədən qovulması siyasətinə keçmişik. Heç bir şəkildə qərarımızdan geri çəkilməyəcəyik. İsrail sərhədlərində strateji təhdidlərin artmasına imkan verilməyəcək. Düşmən ərazisində mübarizə davam etdiriləcək.”, – deyə o bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button