Site icon Aznews TV

İsraildə İranla əlaqədə şübhəli bilinən iranlı həbs edilib

İsrailin Daxili Təhlükəsizlik Xidməti ötən gecə iranlı yəhudini Tel-Əviv yaxınlığındakı Ben Qurion hava limanına çatan zaman həbs etdiyini açıqlayıb.

İranlının adını açıqlamanmasa da, onun İsraildə qohumlarının olduğunu qeyd edib.

İsrail Təhlükəsizlik Xidməti bildirib ki, şübhəli şəxs dindirilməsində İran hakimiyyətinə xidmət etmək üçün məlumat toplamaq və fotoşəkillər çəkmək üçün gizli şəkildə İsrailə daxil olduğunu etiraf edib.

Exit mobile version