Site icon Aznews TV

İsrailin aviazərbələri nəticəsində Qəzzada bir gündə 32 nəfər ölüb

“ANT”xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

“Son 24 saat ərzində Qəzza zolağında 37 ölü, o cümlədən daha əvvəl öldürülən 5 nəfərin cəsədi çatdırılıb. Bundan başqa 136 yaralı xəstəxanalara çatdırılıb. Bununla belə, dağıntılar altında və küçələrdə hələ də çoxlu qurbanlar var ki, onlara təcili yardım və mülki müdafiə xidmətləri çata bilmir”, – məlumatda deyilir.

Səhiyyə Nazirliyinin son məlumatına görə, cari ilin martın 18-dən bəri İsrail Müdafiə Qüvvələrinin hərəkətləri 4149-dan çox insanın ölümünə, 12,5 minə yaxınının isə yaralanmasına səbəb olub.

Fələstin-İsrail qarşıdurması başlayandan bu yana ölən fələstinlilərin ümumi sayı 54 418 nəfəri keçib, 124 190 şəxs yaralanıb.

Exit mobile version