DünyaİranSiyasət

İsrailin baş naziri İranın “gizli hərbi nüvə obyekti”ni ifşa etdi

Aznews.tv “BBC”yə istinadən xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında İsrailin Fars vilayətinin Abade bölgəsində İranın “gizli nüvə obyekti” haqqında məlumat aldığını bildirib.

İsrailin baş naziri İranın bu obyektlərdə hərbi məqsədlərlə “nüvə silahının inkişaf etdirilməsi üçün sınaqlar” keçirdiyini deyib.

Netanyahu bir sıra şəkillər göstərərək bildirib ki, İran İsrailin həmin obyektlər haqda məlumat əldə etdiyini öyrəndikdə, sözügedən nüvə obyekti ilə bağlı dəlilləri, faktları və obyektin özünü məhv etməyə çalışıb.

Əsasən ivrit dilində keçən mətbuat konfransında Netanyahu jurnalistlərə keçən ilin iyun və iyul aylarına aid fotoları göstərib.

İyun ayına aid ilk fotoşəkil obyektin sağlam vəziyyətdə olduğunu göstərir, iyul ayında çəkildiyini iddia etdiyi ikinci fotoşəkildə isə binanın bəzi hissələri sökülüb ki, onun sözlərinə görə, İsrail bu mərkəzi ifşa etdikdən sonra oranı gizlətməyə bir cəhd idi.

İsrail baş naziri İran rəsmilərinə müraciət edib: “İsrail sizin nə etdiyinizi bilir. Nə vaxt və harada etdiyinizi bilir”.

“Biz sizing yalanlarınızı ifşa edəcəyik və nüvə silahı istehsal etməyinizə icazə verməyəcəyik”,- deyə Netanyahu İrana səslənib.

Buna cavab olaraq, İran xarici işlər naziri Netanyahunun iddiasını rədd edib.

Qeyd edək ki, Abade Fars vilayətində xalçaçılıqla tanınan kiçik bir şəhərdir.

 

Aznews.tv

Tags
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button