Site icon Aznews TV

İsrailin Baş naziri Kiyevə səfər edəcək

Bu barədə “The Times of Israel” məlumat yayıb. Məlumata görə, İsrail təhlükəsizlik xidməti “Şabak”dan Kiyevə mümkün səfərə hazırlaşmağı xahiş edib. Təhlükəsizlik rəsmiləri isə Rusiyanın bombardmanını nəzərə alaraq belə bir səfərin təhlükəsizlik baxımından kabus olacağını bəyan ediblər.

Məlumata görə, İsrail rəsmiləri ukraynalı həmkarlarına bildiriblər ki, Bennet Kiyevə Ukrayna və Rusiya razılığa gəlməyə yaxın olsalar, gedəcək. Mümkün səfərlə bağlı söhbətlərin həftə sonu intensivləşdiyi deyilir.

Baş nazirin ofisindən məsələyə şərh verməyiblər. (azpost)

Exit mobile version