Site icon Aznews TV

İsrailin baş naziri: Lazım gələrsə, Tehrana qarşı müstəqil addımlar atmağa hazırıq

İsrailin baş naziri Naftali Bennet növbəti dəfə ölkəsinin İranın atom silahı əldə etməyə yönəlik nüvə fəaliyyətləri ilə mübarizə aparmaq haqqının olduğunu deyib.

“Aznews tv”ın xəbərinə görə, Bennet vurğulayıb ki, Tel-Əviv öz maraqları ilə ziddiyyət təşkil edən hər hansı bir anlaşmanı qəbul etməycək.

Vyanada İranla nüvə münaqişəsi üstündə danışıqların davam etməsi ilə paralel olaraq Naftali Bennet bir daha İsrailin özünü müdafiə hüququnun olduğunu vurğulayıb.

Xatırladaq ki, İsrail baş naziri Naftali Bennet yanvarın 10-da ölkə parlamentinin xarici işlər və müdafiə komitəsinə bildirib ki, İsrail Vyana danışıqlarında dünya güclərinin İranla əldə etdiyi hər hansı razılaşma ilə məhdudlaşmayacaq.

O, habelə İranı səkkiz ayaqlı ilbizə bənzədərək, ona bağlı proksi (نیابتی) qruplaşmalarla Tel-Əvivi hər zaman təhdid etdiyini bəyan edib.

Exit mobile version