
Bildirilir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hava qüvvələri komandirləri İsrailin gözlənilən hücumuna cavab tədbirlərini hazırlamaq üçün bunkerdə toplaşarkən, həm fövqəladə hal protokolundan, həm də bunkerin yerindən xəbərdar olan İsrail kəşfiyyatı obyekti məhv edib. Zərbə nəticəsində İranın pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə proqramlarının rəhbərləri də daxil olmaqla, SEPAH-ın yüksək vəzifəli şəxsləri həlak olub.
Əlavə olaraq, İsrail əməliyyatı İranın ölkə daxilindəki hərbi komanda-nəzarət sistemlərini hədəf alıb. Ölənlər arasında SEPAH, İran ordusu və fövqəladə hallar qərargahının yüksək səviyyəli komandirləri olub.
“Əmr verəcək heç kimin olmaması İranın dərhal cavab vermək qabiliyyətini zəiflədib.” – deyə iSrail rəsmisi bildirib.
Eyni zamanda, İsrailin Mossad qüvvələri İran daxilində təxribat əməliyyatları həyata keçirib. Axios bildirir ki, Mossad bölmələri hava hücumundan müdafiə (HHM) mövqeləri yaxınlığında gizli silah sistemləri yerləşdirib və zərbədən xeyli əvvəl İran daxilində pilotsuz təyyarə bazası yaradıb.
İran HHM-ləri aktivləşdirildikdə, İsrailin gizli silah sistemləri Tehran yaxınlığındakı Esfajabad bazası da daxil olmaqla raket buraxılış qurğularını və hava hücumundan müdafiə obyektlərini məhv edib.
İsrail Hərbi Hava Qüvvələri İranın radar və raketdən müdafiə sistemlərini əvvəlcədən xəritələşdirərək, əməliyyatın açılış mərhələsində onların əksəriyyətini vuraraq, demək olar ki, ümumi hava üstünlüyünə nail olduğu bildirilir.
“Axios”un istinad etdiyi məlumatlara görə, ilkin məqsəd İranın 300-500 ballistik raket atmasının qarşısını almaq olub. Nəticə olaraq isə İran uzun saatlardan sonra yalnız 100 PUA ilə cavab verə bilib və bu dronlar heç nəyə nail olmayıb.
İsrail rəsmiləri İranın hələ də genişmiqyaslı qisas almağa cəhd edə biləcəyini gözləyirlər.