
Şərqi Azərbaycan Sənaye Şəhərcikləri Şirkətinin baş direktoru Söhrab Feyzzadə bu barədə açıqlama verib.
Söhrab Feyzzadə deyib:”Əyalətin 60 fəal sənaye şəhərciyi və 4342 sənaye vahidi fəaliyyət göstərir. Bəzi sənaye obyektlərinin ətrafına sursatlar düşsə də bu onların fəaliyyətini dayandırmayıb.”
Feyzzadənin sözlərinə görə, yalnız bir halda əyalətin bir sənaye şəhərciyinin fəaliyyəti təhlükəsizlik qurumlarının qərarı ilə bir neçə günlük dayandırılıb. O, bu sənaye şəhərciyinin adı və bu sənaye şəhərciyində nə istehsal olunduğu barədə məlumat verməyib.





