Site icon Aznews TV

İsrailin iki şəhərində həyəcan təbili çalındı: İran kiber hücum həyata keçirib?

Bu barədə İsrail mediası məlumat yayıb. Bildirilir ki, gece saatlarında başlayan həyəcan təbilinin səsi Qüdsün qərbindəki bir sıra məhəllələrdə, o cümlədən Katamon, Talpiot və ölkənin bir sıra digər şəhərlərində eşidilib.

İsrailin mətbuat orqanları ilk olaraq, hadisənin səbəbini texniki nasazlıq olaraq göstərsə də, İsrail ordusuna aid radio iyunun 20-də həyəcan təbilinin sisteminə haker hücumunun olmasından şübhələnduklərini bildirib.

Radionun məlumatına görə, hakerlər milli müdafiə sisteminin mühüm hissəsi olan sistemi sındıraraq həyəcan təbillərini işə salmış ola bilərlər.

Exit mobile version