Site icon Aznews TV

İsrailin qarşıdakı günlərdə İranın həmləsinə cavab verəcəyi güman olunur

“Nyu-York  Tayms” qəzeti də ölkənin digər bir rəsmisinin sözlərinə istinadən vaxtı və necəliyi dəqiq bəlli olmasa da İsrail tərəfindən İrana mütləq həmlə olunacağını yazıb.

Xatırladaq ki, keçmiş baş nazir Neftali Bent ölkəsi tərəfindən İrana qəti, ağır və tez bir zamanda reaksiya verilməsi vacibliyi barədə fikirlərə qoşularaq “oktopusun Tehranda başı vurulmalı” olduğunu deyib.

Həmçinin İsrailin Müharibə Kabinetinin naziri Beni Qants İsrailə həmlə etdiyinə görə İran əlverişli vaxt və yolla acısını çəkəcəyini vurğulayıb.

Exit mobile version