Site icon Aznews TV

İsrailli məqamlar Bərcam-ın Rəisi dövlətindən tez sonuclanmayacağını iddia etdilər

İsrail-in Kanal 12 televizyonunun raporuna görə İsrailli məqamlar İran-ın Qərb ölkələriylə apardığı Bərcam Müzakərələrin İbrahim Rəisi hökümətinin iş başına gəlməsindən qabaq səmərə yetişməyəcəyini bildiriblər.

Adının verilməsini istəməyən İsrailli məqam bildirib ki Rəisi-nin seçilməsindən sonra İran-ın Ətom təsislərinə hücum eləməkdən başqa bir yol qalmayıbdır.

Bundan qabaq Yair Lapid İsrail-in Xarici İşlər Vəizi Rəisi-nin gəlməsiylə İran-ın Ətom sahəsində daha çox qabağa getmək istəyəcəyini demişdi. Lapid paylaşdığı Tweet-də Rəisi-nin Tehran Cəlladına məşhur olduğunu və minlərcə insanın öldürülməsindən sorumlu olduğunu yazmışdı. İsrail-in yeni Xarici İşlər Vəziri dünyanın İran İslam Cumhuriyyətinin xəyalpərəstliyinin önündə durması gərəkdiyini söyləmişdi. Habelə İsrail-in Ortaq Sitadının Rəisi-nin gələn saatlarda Amerika-ya gedəcəyi gözlənilir.

İsrail-in Müdafiə Vəziri Amerikalı həmkarıyla ortaq təhdidlərdən danışıb İran-ın raket proqramı və Lübnan üzərində etdikləriylə bağlı danışmışdı.

İbrahim Rəisi-nin seçilməsiylə İran-ın bölgədə daha çox aktiv olacağını düşünənlər var. Bir ayrı tərəfdən də Tehran hakimiyyətinin sorunları nə olursa olsun azaltmaq istədiyini və Bərcam anlaşmasını geri qazanmaya çalışacağını təxmin etmişdilər.

Exit mobile version