İranMədəniyyət və incəsənət

“İstanbul qapısı” əl sənətləri bazarının açılışı təxirə salındı

“İstanbul qapısı” əl sənətləri bazarı koronavirus nəzarətə alındıqdan sonra açıla bilər.

Bu barədə 8-ci Məntəqə Bələdiyyə sədri Əli Müdəbir məlumat verib. O bildirib ki, bazarın inşası tamamlanıb, ancaq açılışı koronavirus böhranın həllindən sonra gercəkləşə bilər.

Tikilinin dizaynı maraq doğurur. Onun inşasında, tarixi İstanbul qapısına bənzəməsi üçün ənənəvi kərpicdən və espraxon daşından istifadə olunub. Təbrizin 8-ci məntəqəsinin bələdiyə sədri İstanbul Qapısı Bazarının sənətçilərə dəstək və əl sənətlərini gücləndirmək məqsədi ilə tikildiyini deyib.

O vurğulayıb ki, bazar açıldıqdan sonra bu turizmə təkan verəcək. Təbriz Bələdiyyəsinin məlumatına görə, İstanbul Qapısı əl sənətləri bazarı Rasta küçəsinin sonunda, İstanbul tarixi qapısının yanında həyata keçiriləcək.

Tikilən dükanların hər birində xüsusi bir sənət sinfi fəaliyyət göstərəcək.

Related Articles

Bir cavab yazın

Back to top button