Site icon Aznews TV

İstanbulda İranın baş konsulluğu qarşısında aksiya keçirilib

İranın baş konsulluğunun qarşısına toplaşanlar molla hakimiyyətinin etirazçılara qarşı repressiyalarını pisləyib. İranda yaşayan xalqlarla həmrəy olduqlarını bildirib və dünya ictimaiyyətini repressiyalara qarşı daha tutarlı reaksiya göstərməyə çağırıblar.

Bununla yanaşı Türkiyə mediası İranda baş verən hadisələri geniş işıqlandırır, bu ölkənin 30-dan çox insan haqları təşkilatları və dərnəkləri, siyasət, idman və sənət adamları İrandakı etirazçılara dəstək bəyanatları yayıblar.

Qeyd edək ki, bundan öncə sentyabrın 21-də də, Türkiyənin İstanbul şəhərində yaşayan mühacir iranlılar İranın baş konsulluğunun qarşısına toplaşaraq Məhsa Əmininin öldürülməsindən sonra etiraz aksiyası keçirənlərlə həmrəy olduqlarını bildiriblər.

Exit mobile version