Site icon Aznews TV

İstanbulda israillilərə hücumla bağlı saxlanılan 4 iranlı şübhəli barədə hökm çıxarıldı

Qeyd edək ki, iyunun 23-də Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) və polisin kəşfiyyat və terrorizmə qarşı mübarizə bölməsinin İstanbulun Bəyoğlu, Bəylikdüzü və Böyükçəkməcə bölgələrində apardığı əməliyyatlar nəticəsində İrana bağlı 8 terrorçu saxlanılıb.

Saxlanılanlardan 7-nin təhlükəsizlik idarəsində mühakimələrinin sona çatdığı bildirilir.

İstanbul Prokurorluğu iki şübhəlini polis idarəsinə təhvil verib və dindirmə prosesi başa çatdıqdan sonra onlardan beşi haqqında həbs qərarı çıxarıb.

İş üzrə hakim həmçinin təqsirləndirilənlərdən dördünün həbsi, digərinin isə şərti olaraq azadlığa buraxılması barədə qərar çıxarıb.

Exit mobile version