İran

Zəncanda koronavirusla bağlı vəziyyət nə yerdədir?

Zəngan ustanının Tibb Elmləri Danişqahının müavini Doktor Məhəmmədrza Saini bildirib ki, hazırda ustanın əksər bölgələrində koronavirusla bağlı vəziyyət qırmızı elan edilib. O, Koronavirusla Mübarizə Qərargahının onlayn toplantısında ustanda Covid-19 mərizliyinin azaldığını qeyd edib. “İnsanların sağlamlıq qaydalarına riayət etməsi və maskdan istifadəsi bu məsələdə daha yaxşı vəziyyət yarada bilər”, – deyə bildirib. Saininin sözlərinə görə, belə bir vəziyyət mərizlərə qulluq məsələsində ciddi çətinlik yaradacaq. Bunun təsirini azaltmaq insanların səylərindən, xüsusən də ictimai fasiləyə əməl edilməsindən və maskdan istifadədən asılıdır.
“Koronavirus mərizliyi yayılandan bəri 68 mindən çox insan ayaqüstü müalicə olunublar. Tibb mərkəzlərində keçirilmiş testlərin ümumi sayı 38,336 olub”, – deyə o artırıb.
***

Related Articles

Bir cavab yazın

Back to top button