İdmanİran

“İstiqlal”ı almağımı təklif etdilər, qəbul etmədim – Zünuzi

“Traktor”un 30 milyon azərbaycanlı tərəfdarı var.

Aznews.tv xəbər verir ki, bu sözləri “Traktor” klubunun sahibi Məhəmmədrza Zünuzi İranın klubdarlıq vəziyyəti ilə bağlı bir TV kanalına danışarkən deyib.

“İranda klubdarlıq iflasa uğrayıb(vərşikəstə olub). Səbəb klubların dövlət tərəfindən idarə olunmasıdır. Dövlət müdirləri 80 milyonun cibindən bir sıra klublara həzinə qoyurlar. Hansı ki, bu klubların 80 milyon yandaşı(tərəfdar-azarkeşi!) yoxdur. Müdirlərin də sui-istifadələri aydındır. Təəssüf ki, bizim (Traktorun) mediası(rəsanəsi) yoxdur. Bəzi klublar media apartaydı icad ediblər.

Hal-hazırda “Traktor”un 30 milyon tərəfdarı var. İranda olan 40 milyon azərbaycanlının azı yüzdə 70-80-i “Traktur”çudur. Siz bunu Tehranda da görə bilərsiniz. Stadionun yarısını “Traktor” tərədarları doldurur. Daha öncələr Tehranın “İstiqlal” kubunu almağım təklif etdilər, qəbul etmədim. Ona görə ki, öz şəhərimdə “Traktor” klubu var idi. “Perspolis” və “İstiqlal” tərafdarları da ən yaxşılarına layiqdirlər. Ancaq bəzi müdirlərin idarə tərzləri bu klubların tərəfdarlarına da təsir göstərib”, – Zünuzi bildirib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close