Site icon Aznews TV

İsveç Həmid Nurinin oğlunu da həbs edib

Bu barədə İran mediası Həmid Nurinin qızı Atiyə Nuriyə istinadən məlumat yayıb.

Atiyə Nuri qardaşının İsveçə atasını görmək üçün yollandığını və orada həbs edildiyini söyləyib. O, qardaşının tutulma səbəblərini və təfərrüatlar barədə məlumatın olmadığını bildirib.

İran mətbuatına müsahibə verən Məcid Nuri atasının İsveç həbsxanasında işgəncələrə məruz qaldığını bildirib.

Həmid Nuri 2019-cu ilin noyabrında İsveçə səfəri zamanı 1988-ci ilin iyul-sentyabr aylarında İran həbsxanalarında minlərlə siyasi məhbusun edamında iştirak etdiyinə görə həbs edilib. İsveç məhkəməsi ona ömürlük həbs cəzası verib və o, hazırda Stokholm həbsxanasında saxlanılır.

#İran

Exit mobile version