ANT xəbər verir ki, bu barədə İsveçin “Dagens Nyheter” nəşri məlumat yayıb.
Bildirilib ki, Ukrayna tərəfinə növbəti yardım partiyasının verilməsi barədə bu gün İsveçin Baş naziri Ulf Kristersson və müdafiə naziri Pol Consonun iştirakı ilə keçiriləcək mətbuat konfranslarında məlumat veriləcək.
Bununla İsveç Ukraynaya sayca 15-ci yardım paketi təqdim edəcək. Yardım paketinə hərbi texnika və avadanlıqların daxil olacağı gözlənilir.