Site icon Aznews TV

İsveç vətəndaşı İrana etiraz etdi

Bildirilib ki, İran hökumətinin Yuhan Floderusa qarşı irəli sürdüyü ittihamlar əsassız və özbaşına hərəkətdir.

Yuhan Floderus 2022-ci ilin yazında İrana səfər edib. Həmin ilin aprel ayının 17-də, ölkəsinə qayıtmaq istədiyi vaxt hava limanında təhlükəsizlik məmurları tərəfindən həbs olunub.

Ona qarşı “İsrailə casusluq” ittihamı irəli sürülüb. Bu ittiham üzrə 9 dekabr 2023-cü ildə məhkəmə başlayıb.

Yuhan Floderusun həbsinin İsveçdə həbsdə olan İranın keçmiş prokuror köməkçisi Həmid Nuri ilə dəyişdirilməsi məqsədi daşıdığı ehtimal edilir.

Exit mobile version