DünyaİranSiyasət

İsveçdə İraq vətəndaşı ‘İrana casusluq’ etməkdə günahlandırıldı

Aznews.tv xəbər verir ki, çərşənbə günü İsveç prokurorluğu İraq vətəndaşını İrana casusluqda və İsveç, Belçika və Hollandiyadakı Əl-Əhvaziyə təşkilatının üzvlərindən, eləcə də “qaçqınlar” haqqında məlumat toplamaqda ittiham edib.

İsveç mediası, iraqlı-isveçli şəxsin Əl-Əhvaziyə təşkilatı üzvləri (İranda ərəb və azadlıq fəalları təşkilatı) barədə məlumat toplamaqda ittiham edildiyini bildirib.

Bundan əlavə, Associated Press-in məlumatına görə, İsveç prokuroru Hans Yurqen Hanstrom 46 yaşlı kişinin kimliyini açıqlamayıb, ancaq həmin şəxsin fevralın 27-də tutulduğunu və o vaxtdan istintaq altında olduğunu qeyd edib.

Məlumatdə əlavə edilib: “Sözügedən şəxs İsveç Təhlükəsizlik Agentliyi (SAPO) tərəfindən aylarla dindirilsə də, ittihamları rədd edib”.

 

Aznews.tv 

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close