Site icon Aznews TV

İsveçrə İrana sanksiya tətbiq etdi

İsveçrənin bu addımı Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündə İranın Moskvaya pilotsuz təyyarələr verməsinə görə sanksiyalar tətbiq edən Avropa Birliyi ilə kordinasiyalı şəkildə atılıb.

İsveçrə Federal Şurasının saytında verilən məlumata görə, yeni tədbirlər sentyabrın 29-u yerli vaxtla saat 18:00-dən qüvvəyə minib.

İsveçrə hökuməti əlavə edib ki, pilotsuz təyyarələrin istehsalı üçün istifadə olunan hissələrin satışı, tədarükü, ixracı və tranziti qadağandır.

İranın pilotsuz təyyarə proqramı ilə bağlı şəxslər və qurumlara qarşı məqsədyönlü maliyyə və səyahət sanksiyalarının tətbiqinin davam etdiriləcəyi qeyd edilib.

Exit mobile version