Dünya

İtaliyada koronavirusdan daha 889 nəfər öldü

İtaliyada koronavirusdan 889 yeni ölüm hadisəsi qeydə alınıb.
Bu haqda məlumatı İtaliya Mülki Müdafiə İdarəsi yayıb.
Məlumata görə, hazırda İtaliyadakı koronavirus qurbanlarının sayı 10,023-ə yüksəlib.
İtaliya Mülki Müdafiə İdarəsinin verdiyi son rəqəmlər, həm gündəlik ölüm nisbətinin, həm də yoluxma hadisələrinin artmasının ötən günlərə nisbətən bir qədər yavaş irəlilədiyini göstərir.
İtaliyalı mütəxəssislər ölkənin hələ də yoluxmanın pik nöqtəsinə çatmadığını iddia edir.
Bu arada, İtaliyanın Daxili İşlər naziri Lusiana Lamorgese şənbə günü İtaliya vətəndaşlarına tətbiq olunan karantin rejiminin aprelin 3-də başa çatmasınının “qeyri-real” göründüyünü açıqlayıb .
Hökumətin aprel ayının əvvəlinə qədər yeni bir fövqəladə hal fərmanı təsdiqləməsi gözlənilir ki, bu da ən azı daha iki həftə davam edəcək.

Related Articles

Bir cavab yazın

Back to top button