Site icon Aznews TV

İzmirdə həlak olanların sayı 43-ə yüksəlib

Türkiyənin qərbindəki İzmir vilayətində 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində həlak olanların sayı 43 nəfərə yüksəlib.

Təbii hadisə zamanı həmçinin 896 nəfər xəsarət alıb, onlardan 667-si artıq evə buraxılıb. Hazırda binanın dağıntıları altında axtarışlar aparılır.

Exit mobile version