Site icon Aznews TV

İzmirdə meşə yanğını yaşayış evlərinə çatıb, sakinlər təxliyə olunur

“ANT” “TRT Haber”ə istinadən xəbər verir ki, 16 ev yanıb, 87 ev boşaldılıb, 44 iş yerində təxliyə aparılıb.

İnsan itkisi qeydə alınmasa da, yaşayış evlərinə ciddi ziyan dəyib.

Hazırda vilayətdə 5 təyyarə, 15 helikopter və çoxlu sayda texnika yanğınla mübarizə aparır. Yanğının baş verdiyi əraziyə gedən yollarda nəqliyyatın hərəkəti dayandırılıb.

Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı hadisə yerindədir.

IMG_6649

Exit mobile version