Site icon Aznews TV

Jailə: “Yanlış siyasət nəticəsində mütəxəssislər əyaləti tərk etdi”

Bu barədə Təbriz Ticarət Palatasının başçısı Yunis Jailə mediaya verdiyi açıqlamasında bildirib.

O, hazırda sənaye və istehsalat sahəsində ən azı 3 min mütəxəssisin çatışmadığını söyləyib.

“Əyalətin mütəxəssisləri yaxşı gəlir əldə etmək üçün İraq və Pakistana mühacirət edirlər”,- Jailə İranda mütəxəssislərin əmək haqlarının aşağı olmasına işarə edib.

Ticarət Palatasının başçısı mütəxəssislərin əyalətdən köçmələrinin kökündə tətbiq edilən yanlış siyasətin durduğunu vurğulayıb.

Exit mobile version